Dağıntılar altında qalan 5 yaşlı Yağmur HƏR KƏSİ AĞLATDI

Dağıntılar altında qalan 5 yaşlı Yağmur HƏR KƏSİ AĞLATDI
Dünya
Oxunma sayı: 6 951
Türkiyədə böyük fəlakətə səbəb olan zəlzələ bölgəsində dağıntılar altında qalan 5 yaşlı Yağmurun atasına və xilasetmə qruplarına dediyi sözlər hər kəsi ağladıb.
Xarici KİV xəbər verir ki, Yağmur "çox üşümüşəm ata" deyərək insanların ürəyini parçalayıb.
“Çox üşümüşəm, əllərim ağarıb. Nənəmin yanına getmək istəyirəm, ata” deyən 5 yaşlı Yağmurun atası onun yanında olduğunu və dəstəyini göstərib. 
Atası Yağmura çuxur açdıqlarını, ora çatmalarına çox az qaldığını deyib. "Yağmur, oturduğun yer ordadır. Deşdilər. Küləyi kəsdim ki, sənə soyuq gəlməsin”, - deyərək atası ağlayıb. 
Sonra azyaşlı xilas edilərək atasına qovuşub.
Yağmurun səhhətinin yaxşı olduğu öyrənilib.