Canlı yayımda Muratın sözünü kəsdi

Canlı yayımda Muratın sözünü kəsdi
Dünya
Oxunma sayı: 1 122
Türkiyənin tanınmış aktyoru Murat Yıldırımın “Türkiye tek yürek” kampaniyasında sözü kəsilib.
Əvvəlcə canlı yayımda moderatorluq edən ilahiyyətçi Nihat Hatipoğlu Murata söz verib, o, çıxışı zamanı “Bu gün yardım toplayacağıq və etməyə də davam edirik. Bu, bizim ən yaxşı etdiyimiz işlərdən biridir. Çünki bu, türk milləti olaraq bizim genimizdə var. Unutmayaq. Unutmaq bizim ən çox etdiyimiz şeylərdən biridir”,- deyə qeyd edib.
Bu zaman N. Hatipoğlu aktyorun sözünü kəsərək Burak Özçivitə söz verib. Bundan sonra tvitterdə ilahiyyətçi tənqid edilib.  
Hatipoğlu hadisələrdən sonra hesabından verdiyi açıqlamada bunun qəsdən bir vəziyyət olmadığını və Yıldırımın səsini eşitmədiyini deyib:

“Dostlar. Verilişdə ianə toplayarkən studiyada birdən çox qonaq eyni vaxtda telefonla danışdığı üçün qardaşım Murat Yıldırımın səsini eşitmədim”.