"Arvadımın psixologiyası pozulub" - Tanınmış model

"Arvadımın psixologiyası pozulub" - Tanınmış model
Dünya
Oxunma sayı: 1 120
Türkiyənin məşhur model və aktyoru Tolgahan Sayışman diqqətçəkən açıqlama verib.
Zəlzələ bölgələrində könüllü çalışan Tolgahan jurnalistlərə Ramazan ayı bitəndən sonra yenə o ərazilərə gedəcəyini bildirib. 
Bundan başqa, o, həyat yoldaşı Almeda Abazinin baş verən dəhşətli hadisələrdən sonra psixologiyasında problemlərin yarandığını deyib:
"Ailəmi, özümü xilas etsəm belə, ağlım sevdiyim insanlarda - sizdə olacaq. Ümid edirəm ki, bir də elə pis günlər yaşamarıq. Almedanın da zəlzələ baş verən gündən bəri psixologiyası pozulub. Həmişə yaxınında olmağımı istəyir. Heç asan deyil. Ümid edirəm bu günləri tez zamanda adlayarıq".