İranda zəlzələ baş verib

İranda zəlzələ baş verib
Dünya
Oxunma sayı: 10 981
İranın cənubunda 4,6 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Təbii fəlakətin episentri təxminən 22,7 min nəfər əhalisi olan Bəndər-Lingə şəhərindən 48 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 88 km dərinlikdə olub.
İnsan itkisi və dağıntılar barədə məlumat yoxdur.