ABŞ, Britaniya və Kanada səfirləri Rusiya XİN-ə çağırıldı

ABŞ, Britaniya və Kanada səfirləri Rusiya XİN-ə çağırıldı
Dünya
Oxunma sayı: 7 428
ABŞ, Böyük Britaniya və Kanada səfirləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Rusiya XİN-in mətbuat xidmətindən bildirilib.
"Rusiya Federasiyasının daxili məsələlərinə kobud şəkildə müdaxilə etmələri və diplomatik statusa uyğun gəlməyən fəaliyyətlə məşğul olmaları səbəbindən ABŞ, Böyük Britaniya və Kanada səfirləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb", - deyə məlumatda qeyd olunub.