Türkiyə vətəndaşlarının bülletenləri yola salınıb

Türkiyə vətəndaşlarının bülletenləri yola salınıb
Dünya
Oxunma sayı: 7 451
Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının səsverməsi başa çatıb.
Bu barədə məlumatı Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı öz tviter hesabında paylaşıb. 
Qeyd olunub ki, Türkiyədə mayın 14-ü keçiriləcək prezident və parlament seçkiləri ilə əlaqədar olaraq Azərbaycanda səs verən ölkə vətəndaşlarının bülletenləri Türkiyəyə yola salınıb.
Xatırladaq ki, Türkiyə vətəndaşları Azərbaycanda 5, 6 və 7 may tarixlərində səs verib. Ölkə üzrə 3 seçki məntəqəsində (Bakıda səfirlik, Gəncə və Naxçıvanda konsulluq binalarında) 15 seçki qutusu qurulub.
  • Türkiyə vətəndaşlarının bülletenləri yola salınıb
  • Türkiyə vətəndaşlarının bülletenləri yola salınıb