Türkiyədən İrana keçməyə çalışan İŞİD üzvü tutuldu

Türkiyədən İrana keçməyə çalışan İŞİD üzvü tutuldu
Dünya
Oxunma sayı: 7 430
1-i İŞİD terror təşkilatı üzvü olan 2 nəfər Türkiyədən qanunsuz yollarla İrana keçməyə cəhd edərkən tutulub. 
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) açıqlayıb. 
"Sərhədlərimizin təhlükəsizliyi üçün qanunsuz keçidlərə qarşı mübarizəmiz davam edir. Sərhəd qartallarımız ölkədən qeyri-qanuni yollarla İrana keçməyə cəhd edən 2 nəfəri yaxaladılar. İstintaqda həbs edilən şəxslərdən birinin İŞİD terror təşkilatı üzvü olduğu müəyyən edilib", - deyə nazirlik "Twitter"də yazıb.