Hindistanda avtobus körpüdən aşdı - 22 ÖLÜ

Hindistanda avtobus körpüdən aşdı - 22 ÖLÜ
Dünya
Oxunma sayı: 7 297
Hindistanda avtobus sürücüsünün idarəetməni itirməsi nəticəsində körpüdən çay yatağına aşıb. 
Xarici KİV xəbər verir ki, hadisə nəticəsində 22 nəfər ölüb.
Məlumata görə, ağır yol qəzası Hindistanın Xarqone bölgəsindəki Doqarqon kəndində qeydə alınıb. Hadisəyə yüksək sürət həddi səbəb olub. 
Təxminən 50 sərnişinin olduğu avtobusda ölənlərdən üçünün uşaq olduğu açıqlanıb. 
Yaralılar xəstəxanalara çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır. 
Hindistanın baş naziri Narendra Modi qəza ilə bağlı başsağlığı verib.