"Biz bu qələbəyə layiq deyilik" - Priqojin Moskvadakı paraddan danışdı

"Biz bu qələbəyə layiq deyilik" - Priqojin Moskvadakı paraddan danışdı
Dünya
Oxunma sayı: 6 990
"Vaqner" özəl hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin mayın 9-da Moskvada keçirilən paradı televiziya ilə yayımladığına görə Rusiya hakimiyyətini yenidən sərt tənqid edib.
Xarici KİV xəbər verir ki, o, yenidən Rusiya rəhbərliyinə ultimatum göndərərək döyüş sursatı verilməsə, Baxmutdakı mövqelərini tərk edəcəklərini açıqlayıb. 
"Qələbə günü babalarımızın qələbəsidir, biz bu qələbəyə layiq deyilik. Bizdə hər şey televiziyadadır, amma Ukraynanın hücumu reallıqda, döyüş meydanında olacaq. Mən hər kəsi babalarımızın yaratdığı Qələbə münasibəti ilə təbrik edirəm və bizim nəyi qeyd etdiyimiz böyük sualdır. Sadəcə onları həmişə xatırlamalı və Qırmızı Meydana çıxmamalıyıq, - deyə Priqojin bildirib.