"Türkün yolu Zəngəzurdan keçir" - Çavuşoğlu

"Türkün yolu Zəngəzurdan keçir" - Çavuşoğlu
Dünya
Oxunma sayı: 6 888
"Türkün yolu Zəngəzurdan, Qarabağdan keçir".
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı deyib.
"Görəsən, Azərbaycandan nə istəyirlər?" Biz Qarabağın işğaldan azad edilməsində Azərbaycana dəstək verəndə Türkiyədəki bəzi dairələr buna təəssüfləndilər", - Çavuşoğlu ölkə müxalifətinə səslənib. 
O, əlavə edib ki, Türkiyə bu gün regional və qlobal siyasi faktordur: "Ukraynada müharibəni mümkün qədər tez bitirmək istəyən yeganə ölkə Türkiyədir".