Müxalifət İmran Xanın həbsinə görə xalqı etirazlara çağırdı

Müxalifət İmran Xanın həbsinə görə xalqı etirazlara çağırdı
Dünya
Oxunma sayı: 6 827
Pakistan müxalifəti ölkənin keçmiş baş naziri və Tehreek-e-Insaf müxalifət partiyasının rəhbəri İmran Xanın həbsindən sonra kütləvi etirazlara çağırıb.
Xarici media xəbər verir ki, bu barədə partiyanın sosial şəbəkə hesabında bildirilib:
“Sizin vaxtınız gəldi, Pakistan xalqı. Xan həmişə sizin yanınızda olub, indi onun müdafiəsinə qalxmağın vaxtıdır”.
Yazı #ReleaseImranKhan (“İmran Xanı azad et”) həştəqi ilə paylaşılıb.
İmran Xanın Əl-Qadir işində Milli Hesabat Bürosu tərəfindən həbs edildiyi bildirilir.