Xəstəliklərə meyliniz qan qrupunuzla BAĞLIDIR

Xəstəliklərə meyliniz qan qrupunuzla BAĞLIDIR
Dünya
Oxunma sayı: 6 779
Alimlər qan qrupunun insanın ömrünə birbaşa təsir etdiyi fikrini irəli sürüblər. Bu fikri isə araşdırmanın nəticələri də təsdiqləyib.
Xarici KİV xəbər verir ki, yüz minlərlə insanın məlumatlarını təhlil edən elm adamları belə qənaətə gəliblər ki, birinci qan qrupu olan insanlar ən uzun ömürə sahib olanlardır.
Mütəxəssislər hesab edir ki, bu, onların orqanizminin bir çox xəstəliyə qarşı davamlı olması səbəbindən baş verir. Ancaq bu qan qrupu olan insanlar bəzi xəstəliklərə həssasdırlar. Xüsusilə, söhbət ürək-damar xəstəliklərindən gedir.
Eyni zamanda, ikinci qan qrupunun sahiblərində şəkərli diabetə meyl var. Və bu insanlar viral infeksiyalara, soyuqdəyməyə və stressə çox həssasdırlar. Bu qan qrupunun sahiblərinin 40 faizində "xroniki yorğunluq sindromu" özünü göstərir.
Üçüncü qan qrupunun daşıyıcıları xüsusi ömür uzunluğunda fərqlənmirlər. Onlar tez-tez tonzillit, otit, siyatik hücumlarına məruz qalırlar, lakin nadir hallarda onkologiya xəstəliyinə yoluxurlar. Bu baş verərsə, xəstəlikdən ən çox bağırsaqlar və mədə-bağırsaq traktları təsirlənir.
Qarışıq nikahlar fonunda dördüncü qan qrupu sonuncu olub. Belə insanlar xəstəliyə hamıdan daha çox meyllidirlər. Onlar tez-tez yoluxucu xəstəliklərə məruz qalırlar. Bundan əlavə, bu qan qrupu olan uşaqlarda anadangəlmə ürək xəstəliklərinə meyl var.