Britaniya "Vaqner"i terror təşkilatı kimi tanıya bilər

Britaniya "Vaqner"i terror təşkilatı kimi tanıya bilər
Dünya
Oxunma sayı: 1 227
Britaniya hökuməti yaxın həftələrdə "Vaqner" özəl hərbi şirkətini terror təşkilatı kimi tanımağa hazırlaşır.
Bu barədə “The Times” qəzeti məlumat yayıb.
Bildirilib ki, Böyük Britaniya hakimiyyəti iki aydır Rusiyaya təzyiq göstərmək məqsədilə “Vaqner”i terror təşkilatları siyahısına salmaq üçün hüquqi əsaslar hazırlayır. “Vaqner”ə müvafiq statusun verilməsi Böyük Britaniyada təşkilata mənsub olmağı, onun təşkil etdiyi tədbirlərdə iştirakı, ona dəstəyi ifadə etməyi və ya onun simvollarını taxmağı cinayət sayır.