Tramp cinsi qısnamada təqsirli bilindi - 5 milyon ödəyəcək

Tramp cinsi qısnamada təqsirli bilindi - 5 milyon ödəyəcək
Dünya
Oxunma sayı: 1 017
Nyu-York şəhər məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampı 79 yaşlı amerikalı yazıçı Elizabet Kerrola qarşı etdiyi cinsi qısnama və böhtanda təqsirli bilib.
Xarici KİV xəbər verir ki, məhkəmə Trampın Kerrola 5 milyon dollar ödəməli olduğuna qərar verib.
Qeyd edək ki, yazıçı Trampı məhkəməyə verib, ona qarşı seksual xarakterli cinayət törətdiyini iddia edib. Kerrol iddiasını sübut edə bilməsə də, məhkəmə Trampı qısnamada, eləcə də böhtanda təqsirli bilib.
Qeyd edək ki, yazıçının iddiasına görə hadisə 1996-cı ildə univermağın geyim otağında baş verib. Tramp bütün iddiaları təkzib edir.