Njdeni qəhrəman edən ermənilər yenə əsl simalarını göstərdilər - FOTO/VİDEO

Njdeni qəhrəman edən ermənilər yenə əsl simalarını göstərdilər - FOTO/VİDEO
Dünya
Oxunma sayı: 1 014
Rusiyanın Krasnodar diyarında yaşayan erməni yeniyetmə Ani Mkrtçyan sosial şəbəkədə 9 May Qələbə Günü ilə bağlı təhqiramiz ifadələr işlədib, bu münasibətlə paradda olanları isə söyüb.

Əslində, belə bir paylaşım Qaregin Njde kimi terrorçunu, başkəsəni qəhrəman edən, xatirəsinə abidə ucaldan ermənilərin riyakarlığının əsl simasını göstərir. O Njde ki, II Dünya müharibəsində yəhudiləri, tatarları, rusları öldürməyə çağırıb, Üçüncü Reyxlə əməkdaşlıq edib. Hətta ekspertlərin fikrincə, onun "tsağakronizm” (ermənicə "irqin daşıyıcısı” – red.) milli ideologiyasından Adolf Hitler və İtaliyanın əsas faşisti Benito Mussolini istifadə ediblər. Ümumdünya faşizm ideologiyasının banilərindən olan bu şəxsin törəmələrinin II Dünya müharibəsinin qaliblərini tanımaması və hörmət etməməsi də gözləniləndir.
Oxu.Az-ın məlumatına görə, paylaşım sosial şəbəkədə virus kimi yayılıb və istifadəçilər tərəfindən böyük narazılıqla qarşılanıb. Məsələnin ciddiləşdiyini görə Ani və anası Tamara Mkrtçyan ictimaiyyətdən üzr istəyiblər.