Vəbadan 22 nəfər öldü

Vəbadan 22 nəfər öldü
Dünya
Oxunma sayı: 1 902
Cənubi Afrikada vəbadan ölənlərin sayı 22-yə çatıb.
TASS verdiyi xəbərə görə, bu barədə cümə axşamı ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
"Bu günə qədər paytaxtın Gauteng əyalətində 21 nəfər, qonşu Free Stay əyalətində isə daha 1 nəfər vəbadan dünyasını dəyişib", - SABC radiostansiyası Səhiyyə Nazirliyinə istinadən bildirib.
Səlahiyyətlilər daha əvvəl 17 nəfərin öldüyünü bildirmişdilər.
Cənubi Afrikada fevral ayında vəba epidemiyası başlayıb.
Təxminən 40 nəfər vəba şübhəsi ilə paytaxt və Free Stay əyalətindəki xəstəxanalardadır.
Afrikanın cənubunda 2022-ci ilin yazında başlayan hazırkı vəba epidemiyasının episentri Malavinin cənubundadır.
Bu il xəstəliyin epidemiyası qitənin cənubundakı səkkiz ölkədə qeydə alınıb.