Moldova prezidenti Saakaşviliyə görə çağırış etdi

Moldova prezidenti Saakaşviliyə görə çağırış etdi
Dünya
Oxunma sayı: 1 341
Moldova prezidenti Maya Sandu Gürcüstan hakimiyyətini Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvilinin müalicə üçün xaricə getməsinə icazə verməyə çağırıb.
O, bu barədə "Twitter"ə yazıb.
"Mən Mixail Saakaşvilinin həbsdə olduğu müddətdə səhhətinin ciddi şəkildə pisləşdiyini göstərən məhkəmədəki narahatedici görüntülərdən çox narahatam. Biz Gürcüstan hakimiyyətini onun vəziyyətinə prioritet diqqət yetirməyə və təcili olaraq xaricdə həyati əhəmiyyətli tibbi müalicəyə çıxışı təmin etməyə çağırırıq", - postda deyilir.