Ukrayna XİN Gürcüstan səfirinə ölkəsinə qayıtmağı məsləhət gördü

Ukrayna XİN Gürcüstan səfirinə ölkəsinə qayıtmağı məsləhət gördü
Dünya
Oxunma sayı: 1 250
Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstan səfiri Georgi Zakaraşviliyə Tbilisiyə qayıtmağı təklif edib.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin saytında məlumat yerləşdirilib.
Qeyd olunur ki, Zakaraşviliyə ölkənin keçmiş prezidenti Mixail Saakaşvili ilə bağlı vəziyyəti Gürcüstan hökuməti ilə məsləhətləşmələr tövsiyə olunub.
“Diplomata Saakaşviliyə qarşı belə münasibətin qətiyyən yolverilməz olduğu bildirilib. Bununla əlaqədar olaraq, Gürcüstan səfiri mövcud vəziyyəti həll etmək yollarını tapmaq və məsləhətləşmələr üçün Tbilisiyə qayıtmağa dəvət edilib”, - deyə bəyanatda deyilir.
Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski ölkənin Xarici İşlər Nazirliyinə Gürcüstan səfirinin ölkədən çıxarılması və 48 saat ərzində ölkəni tərk etməsi barədə göstəriş verib. 
O, həmçinin Tbilisini Ukrayna vətəndaşı olan Mixail Saakaşvilini Kiyevə təhvil verməyə çağırıb. Gürcüstanın hakim partiyası isə öz növbəsində Zelenskini Saakaşvilinin Ukraynaya qaytarılmasını tələb etdiyinə görə tənqid edib.