Rusiya qitələrarası ballistik raketini döyüş vəziyyətinə gətirdi

Rusiya qitələrarası ballistik raketini döyüş vəziyyətinə gətirdi
Dünya
Oxunma sayı: 1 419
Rusiya "Sarmat" strateji raket kompleksini döyüş hazırlığı vəziyyətinə gətirib. 
Bu barədə "Roskosmos"un rəhbəri Yuri Borisov bildirib. 
""Sarmat" strateji raket kompleksinin ekipajı döyüş növbəsinə daxil olub", - deyə qeyd olunub. 
Qeyd edək ki, "Sarmat" ağır çoxpilləli maye yanacaqlı qitələrarası ballistik raketdir. O, 10-15 min km məsafəyə qədər uça bilir.