"Avroviziya 2024"ün ilk iştirakçısı o oldu

"Avroviziya 2024"ün ilk iştirakçısı o oldu
Dünya
Oxunma sayı: 6 767
"Avroviziya 2024" beynəlxalq mahnı müsabiqəsinin ilk iştirakçısının kimliyi bəlli olub.
Belçika müsabiqəyə qatılacağını rəsmən təsdiqləyən ilk ölkə olub. Ölkəni yarışda Mustii səhnə adı ilə tanınan belçikalı aktyor və müğənni Tomas Mustin təmsil edəcək.
“Bu dəlilik, həm də həqiqətdir! Belçikanı "Avroviziya 2024"də təmsil etmək şərəfinə nail oldum" deyə, Mustii sosial media hesabında yazıb.