Ermənistan ordusunun təxribatına CAVAB: Məhv edilmiş hərbçilərinin adları açıqlandı - YENİLƏNİB

Ermənistan ordusunun təxribatına CAVAB: Məhv edilmiş hərbçilərinin adları açıqlandı - YENİLƏNİB
Dünya
Oxunma sayı: 6 835
Ermənistan ordusunun sentyabrın birində törətdiyi təxribat zamanı zərərsizləşdirilən erməni hərbçilərin adları bəlli olub.
Bu barədə Ermənistanın Masis icmasının rəhbəri David Ambartsumyan bildirib.
Onun sözlərinə görə, həmin hərbçilər Masis icmasının sakinləri Andranik Antonyan və Arsen Mkrtçyan olublar.
***11:21
Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən törədilən təxribat cavabsız qalmayıb. 
Belə ki, düşmənin zərbə PUA-sı ilə hücumuna cavab ağır olub. Nəticədə 2 erməni hərbçi ölüb, biri yaralanıb.
Məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti təsdiqləyib. 
Buna qədər Azərbaycanda Müdafiə Nazirliyindən bildirilmişdi ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.
Nəticədə daha iki hərbi qulluqçumuz yaralanıb.