İranda zəlzələ oldu

İranda zəlzələ oldu
Dünya
Oxunma sayı: 1 776
İranın cənubundakı Kiş adasının yaxınlığında 4,8 maqnitudalı zəlzələ olub.
Bu barədə ABŞ-nin Geoloji Xidməti (USGS) məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla 05:25-də (Bakı vaxtı ilə 05:55) qeydə alınan yeraltı təkanların ocağı 13,7 km dərinlikdə olub.
Məlumata görə, təbiət hadisəsi adadan 28 km şimal-şərqdə qeydə alınıb.