Zelenski bu tarixdə BMT Baş Assambleyasında çıxış edəcək

Zelenski bu tarixdə BMT Baş Assambleyasında çıxış edəcək
Dünya
Oxunma sayı: 17 754
Ukrayna prezidenti Volodimir Zelenski sentyabrın 19-da BMT Baş Assambleyasında çıxış edəcək.
Bu, dünya təşkilatının mənzil-qərargahında yayılan Baş Assambleyanın sessiyasının proqramından irəli gəlir.
Qeyd olunur ki, Assambleya Braziliya prezidentinin çıxışı, ardınca Amerika lideri Co Baydenin çıxışı ilə açılacaq. Bundan əlavə, sessiyanın ilk günündə Türkiyə, Cənubi Afrika Respublikası, Macarıstan, Özbəkistan və Qazaxıstan dövlət başçılarının çıxışları planlaşdırılır.
Eyni zamanda, proqram ilkin xarakter daşıyır: ölkələr öz mülahizələri ilə təmsilçilik səviyyəsini dəyişə və çıxışların başqa tarixə köçürülməsini xahiş edə bilərlər.
Sentyabrın 19-dan 25-dək Nyu-Yorkda BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsi keçiriləcək.