Şimali Koreya bir neçə raket buraxdı

Şimali Koreya bir neçə raket buraxdı
Dünya
Oxunma sayı: 16 144
Şimali Koreya Sarı dəniz istiqamətində bir neçə qanadlı raket buraxıb.
Bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Qərargah Rəisləri Birləşmiş Komitəsi məlumat yayıb.
Məlumatda Cənubi Koreya hərbçilərin monitorinqi aktivləşdirdiyi və ayıqlığı gücləndirdiyi, ABŞ ilə sıx əməkdaşlıqda tam hazırlıq vəziyyətini qoruyub saxladıqları deyilir.
Şimali Koreyanın bu fəaliyyəti Cənubi Koreya ilə ABŞ tərəfindən birgə həyata keçirilən "Ulchi Freedom Shield" təliminə qarşı cavab tədbiri olaraq qiymətləndirilir.