Bu ölkədə ən çox yatana 1000 avro verirlər

Bu ölkədə ən çox yatana 1000 avro verirlər
Dünya
Oxunma sayı: 17 349
Monteneqronun Brezna kəndində ən çox yatmaq yarışması keçirilir. 
Yumoristik ənənəyə görə, yarışma cari ildə 12-ci dəfə keçirilir. 
Yarışmanın qaydalarına əsasən, gün ərzində iştirakçılara yatmağa, qida və içki qəbul etməyə, kitab oxumağa və telefondan istifadə etməyə icazə verilir. Lakin bütün bunlar uzanıqlı vəziyyətdə olmalıdır. Onların ayağa qalxması qayda pozuntusu hesab olunur. İştirakçılar yalnız hər 8 saatdan bir təbii ehtiyaclarını ödəyə bilərlər. 
Qalibə 1000 avro mükafat verilir və o, ölkənin “ən tənbəl vətəndaşı” olur.