Türkiyədə faciəvi qəza, çoxlu sayda ölən və yaralanan var

Türkiyədə faciəvi qəza, çoxlu sayda ölən və yaralanan var
Dünya
Oxunma sayı: 16 201
Türkiyənin cənub-qərbində yerləşən Dənizli şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib, hadisə nəticəsində çoxlu sayda ölən və yaralanan var.
Bildirilir ki, qumla dolu yük maşınının sürücüsü idarəetməni itirib və qarşı zolağa çıxaraq nəqliyyat vasitəsini orada hərəkət edən avtobusa çırpıb.
İlkin məlumatlara görə, faciə nəticəsində altı nəfər ölüb, 43 nəfər yaralanıb.
Hadisə yerinə həkim, yanğınsöndürən və xilasedici briqadaları cəlb olunub.

Mənbə: A Haber