Rihannaya ağır itki üz verdi

Rihannaya ağır itki üz verdi
Dünya
Oxunma sayı: 15 895
Dünya şöhrətli müğənni Rihannaya ağır itki üz verib.
Xarici medianın xəbərinə görə, o, 28 yaşlı bacısı qədər sevdiyi Tanella Alleynin öldüyünü bəyan edib.
Qeyd edək ki, Tanella Rihannanın əmisinin qızıdır və onlar çox yaxın rəfiqə olublar. Rihanna sosial şəbəkə hesabında ölən xanımı bacısı kimi təqdim edib.
Tanellanın ölüm səbəbi bilinmir. Onun anası qızının yaxın zamanlarda çəkdirdiyi beyin tomoqrafiyasında qara kütlənin görüldüyünü deyib.
6 il öncə Tanellanın qardaşını güllələyərək öldürmüşdülər. Kiçik bacısı isə 14 yaşında intihar etmişdi.