Zelenski Reznikovu vəzifəsindən azad etdi

Zelenski Reznikovu vəzifəsindən azad etdi
Dünya
Oxunma sayı: 1 817
Ukrayna Prezidenti Volodimir Zelenski müdafiə naziri Aleksey Reznikovu vəzifədən azad edib və onun yerinə Dövlət Əmlak Fondunun rəhbəri Rüstəm Umerovun keçməli olduğunu bildirib.
Bu barədə dövlət başçısı sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, kadr dəyişikliyi barədə təklif bu həftə göndəriləcək.
"Hesab edirəm ki, nazirliyin həm ordu ilə, həm də bütövlükdə cəmiyyətlə yeni yanaşmalara və digər qarşılıqlı fəaliyyət formatlarına ehtiyacı var. İndi nazirliyə Rüstəm Umerov başçılıq etməlidir. Ukrayna Ali Radası bu adamı yaxşı tanıyır və cənab Umerovun əlavə təqdimata ehtiyacı yoxdur. Mən parlamentin bu namizədliyi dəstəkləyəcəyini gözləyirəm", - Ukrayna lideri vurğulayıb.