Ərdoğanın səfərindən əvvəl Ukraynanın ən böyük taxıl limanı VURULDU

Ərdoğanın səfərindən əvvəl Ukraynanın ən böyük taxıl limanı VURULDU
Dünya
Oxunma sayı: 1 982
Xəbər verdiyimiz kimi, bu gün Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin Soçidə bir araya gələcək. Görüşdə tərəflərin həm ikitərəfli, həm də regional məsələləri ətraflı müzakirə edəcəyi gözlənilir. Bununla belə, gündəmin ən mühüm məsələsi Taxıl Dəhlizi olacaq.
Ərdoğanın səfəri öncəsi Rusiyadan atılan addım gündəmi yaradıb. Putinin ordusu Ukraynanın ən böyük taxıl ixrac limanlarından birinə hava zərbəsi endirib.
Ukraynanın Dunay üzərindəki iki ən böyük limanından biri olan bölgəyə hava hücumu təşkil edildiyi bildirilib. Odessa vilayətində baş verən hadisədən sonra bölgə sakinlərinin sığınacaqlara düşdüyü də açıqlanıb.