Ukrayna ordusu Rusiyanın bu vilayətini atəşə tutdu

Ukrayna ordusu Rusiyanın bu vilayətini atəşə tutdu
Dünya
Oxunma sayı: 2 169
Rusiyanın Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz vilayətin Sevski rayonunun Podyvotye kəndinin atəşə tutulması barədə məlumat yayıb. 
Qubernator bu barədə teleqram kanalında yazıb.
Onun sözlərinə görə, xəsarət alan olmayıb. Atışma nəticəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb, kommunal və inzibati binaya da ziyan dəyib. 
Boqomaz hadisədə Ukrayna Silahlı Qüvvələrini ittiham edib.