Polşa ukraynalı kişi qaçqınları Kiyevə ekstradisiya edir

Polşa ukraynalı kişi qaçqınları Kiyevə ekstradisiya edir
Dünya
Oxunma sayı: 7 220
Varşava hərbi yaşda olan ukraynalı kişiləri Kiyevə təhvil verməyə başlayıb. 
Bu barədə Polşanın "Rzeczpospolita" nəşri məlumat yayıb.
"Polşa hakimiyyəti ölkəni tərk etmiş kişiləri Ukraynaya ekstradisiya etməyə başlayıb", - nəşr yazıb. 
Qeyd edək ki, Rusiya ilə müharibə başlayandan dərhal sonra 18-60 yaş arası kişilərin Ukraynadan çıxışına qadağa qoyulub. Nəşr yazır ki, ötən ilin fevral ayından bəri 80 min hərbi yaşda olan ukraynalı kişi Polşada qalıb, lakin onlar Ukraynaya qayıtmayıblar. 
Ukrayna prezidentinin Ali Radadakı nümayəndəsi, parlamentin deputatı Fedor Venislavski: "Bu, Ukrayna üçün əhəmiyyətli rəqəmdir, çünki bu insanlar səfərbər oluna və silahlı qüvvələrimizin sıralarını gücləndirə, bununla da müdafiə və təhlükəsizliyimizi gücləndirə bilərlər", - deyib.