Daha bir futbol ulduzu ərəb klubuna keçdi

Daha bir futbol ulduzu ərəb klubuna keçdi
Dünya
Oxunma sayı: 7 080
“Atletiko”nun hücumçusu Yannik Karrasko Səudiyyə Ərəbistanında çıxış edəcək. 
Belçika millisinin üzvü “Əl Şabab”la müqavilə bağlayacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 
Tibbi müayinədən keçən futbolçu 3 illik müqavilə bağlayacaq. 
Qeyd edək ki, Karrasko 2015-ci ildə “Monako”dan “Atletiko”ya transfer olunmuşdu.