"Türkiyədə qaz qovşağı ilə bağlı danışıqlar tezliklə başa çatacaq" - Putin

"Türkiyədə qaz qovşağı ilə bağlı danışıqlar tezliklə başa çatacaq" - Putin
Dünya
Oxunma sayı: 7 326
Rusiya prezidenti Vladimir Putin Türkiyədə qaz qovşağının yaradılması ilə bağlı danışıqların tezliklə başa çatacağına ümid etdiyini bildirib.
Rusiya lideri bunu türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Soçidə danışıqları zamanı deyib. 
"Biz irəliləyiş əldə etmişik və ümid edirəm ki, regionda enerji vəziyyətinin daha sabit və balanslı olması üçün Türkiyədə qaz qovşağının yaradılması ilə bağlı danışıqları tezliklə başa çatdıracağıq", - Rusiya lideri bildirib.
İyulda Rusiya lideri Vladimir Putin Türkiyədə qaz qovşağının işə salınması mövzusunun gündəmdə qaldığını vurğulamışdı.