“Vatson”un rusiyalı qardaşı vəfat edib

“Vatson”un rusiyalı qardaşı vəfat edib
Dünya
Oxunma sayı: 7 253
SSRİ Xalq artisti və Malıy Teatrının bədii rəhbəri Yuri Solomin 89 yaşında vəfat edib.
Məlumata görə, Yuri Solomin insultdan sonra xəstəxanaya yerləşdirilib. Evə buraxılmazdan bir gün əvvəl vəfat edib.
Yuri Solomin xəstəxanaya düşən günə qədər teatrda aktiv çalışıb və bir çox rolları ilə yaddaşlarda qalıb. Bundan başqa, aktyorun kinoda "Əlahəzrətin yavəri", "Əzablı yollarla" və s. filmlərdə də unudulmaz ifaları olub. Solomin 1990-91-ci illərdə Rusiyanın mədəniyyət naziri olub.  
Qeyd edək ki, Yuri Solomin Rusiyanın Xalq artisti, “Şerlok Holms” filminin qəhrəmanı, “Vatson” obrazının ifaçısı, məşhur aktyor və rejissor Vitali Solominin qardaşı idi. Vitali Solomin 2002-ci ildə dünyasını dəyişib.
Mənbə: TASS