Kabildə iki gün ərzində ikinci partlayış baş verib

Kabildə iki gün ərzində ikinci partlayış baş verib
Dünya
Oxunma sayı: 7 203
Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib.
Məlumata görə, hadisə Kabilin Xeyirxan rayonunda, Əbu Müslüm Xorasani məscidinin yaxınlığında qeydə alınıb. Zərərçəkənlər barədə hələlik xəbər verilmir.
Xatırladaq ki, yanvarın 9-da Kabilin Aluxilo rayonunda mikroavtobus partladılıb, nəticədə üç nəfər həlak olub, 74 nəfər isə yaralanıb.
Mənbə: Mehrnews.com