Ermənistan Zelenskinin "sülh formulu" ilə bağlı görüşdə iştirak edəcək

Ermənistan Zelenskinin "sülh formulu" ilə bağlı görüşdə iştirak edəcək
Dünya
Oxunma sayı: 7 118
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İsveçrədə Ukrayna prezidenti Vladimir Zelenskinin “sülh formulu”na dair iclasda iştirak edəcək.
Bu barədə "Novosti-Armenia" məlumat yayıb. 
Bildirilir ki, Təhlükəsizlik Şurasının rəhbəri İsveçrəyə işgüzar səfərə gedəcək və yanvarın 14-də “sülh formulu”na dair iclasda iştirak edəcək. Səfərlə bağlı əlavə təfərrüatlar verilməyib.