İranda daha bir azyaşlı intihar edib

İranda daha bir azyaşlı intihar edib
Dünya
Oxunma sayı: 7 072
İranın Yasuc şəhərində 11 yaşlı məktəbli qız Yəsna Şucayi əmisinin arvadına məktub yazdıqdan sonra həyatına son qoyub.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Məlumata görə, məktubunda “Mən həyatdan bezdim” sözlərini yazan azyaşlı maddi və ailə problemləri zəminində intihar edib.
Qeyd edək ki, bu həftə ərzində 14 yaşlı Mina Sadiqi adlı daha bir məktəbli qız da intihar edib. Şahidlərin sözlərinə görə, həmin qızın cansız bədəni tapılarkən saçları qırxılmış və ağ paltar geyindirilimiş vəziyyətdə olub.
Xatırladaq ki, İranın bəzi əyalətlərində saç qırxmaq üsulu, ümumiyyətlə, üsyankar qızları cəzalandırmaq üçün istifadə edilir.