Latviya Ukraynaya haubitsa, raket və helikopterlər verəcək

Latviya Ukraynaya haubitsa, raket və helikopterlər verəcək
Dünya
Oxunma sayı: 1 337
Riqa Kiyevə müxtəlif silah və qış texnikası daxil olmaqla yeni hərbi yardım paketi göndərəcək.
Bu barədə Latviya prezidenti Edqars Rinkeviç Ukrayna lideri Volodimir Zelenski ilə söhbəti zamanı deyib.
"Mən Ukrayna prezidentinə yardım paketi barədə məlumat verdim", - Rinkeviç deyib.
Onun sözlərinə görə, paketə haubitsalar, artilleriya mərmiləri, tank əleyhinə silahlar, hava hücumundan müdafiə raketləri, minaatanlar, helikopterlər, pilotsuz nəqliyyat vasitələri və fərdi qış texnikası daxildir.
O qeyd edib ki, Riqanın Kiyevə yardımı Latviyanın ümumi daxili məhsulunun (ÜDM) 1%-ni təşkil edir və 600 milyon avronu ötür.
Bundan əvvəl "Euroactiv" mənbələrə istinadən xəbər vermişdi ki , Aİ ölkələri Ukraynaya bu ilin martından gec olmayaraq maliyyə yardımı göstərəcəklərinə söz veriblər. Mənbələrdən biri onu da bildirib ki, Avropanın Ukraynaya yardıma görə yorulması ilə bağlı ritorika düzgün deyil və Kiyevin müttəfiqlərinə mənfi təsir göstərir.