"London və Vaşinqton yüksək qiymət ödəməyə hazır olmalıdırlar" - Yəmən

"London və Vaşinqton yüksək qiymət ödəməyə hazır olmalıdırlar" - Yəmən
Dünya
Oxunma sayı: 1 387
London və Vaşinqton Yəmənə qarşı kütləvi hücumların yüksək qiymətini ödəməyə hazır olmalıdır.
Bunu Yəmən Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Hüseyn əl-Əzi deyib.
"Ölkəmiz Amerika gəmiləri, sualtı qayıqları və qırıcı təyyarələrinin kütləvi hərbi təcavüzünə məruz qalıb. Şübhəsiz ki, London və Vaşinqton yüksək qiymət ödəməyə hazır olmalıdırlar", - Livanın “Al Mayadeen” telekanalı onun sözlərini sitat gətirib.