“Zaqreb Open”: Yunan-Roma güləşçiləri bu gün mübarizəyə qoşulacaqlar

“Zaqreb Open”: Yunan-Roma güləşçiləri bu gün mübarizəyə qoşulacaqlar
Dünya
Oxunma sayı: 1 613
Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri davam edir.
Bu gün Azərbaycanın daha altı idmançısı qüvvəsini sınayacaq.
Yarışın üçüncü günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar. Baş məşqçi Aleksandr Tarakanovun rəhbərlik etdiyi komandanın üç üzvü xalça üzərinə çıxacaq. Sənan Süleymanov, Xasay Həsənli (hər ikisi 77 kq) və İslam Abbasov (87 kq) çempionluq uğrunda mübarizə aparacaqlar.
Qadınların yarışında isə Alyona Kolesnik (59 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) öz çəkilərinin ən güclüsü olmağa çalışacaqlar.
Qeyd edək ki, üç sərbəst güləşçi - Əliabbas Rzazadə, Nurəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq) “Zaqreb Open”də bürünc medal qazanıblar.