Britaniyanın Baş naziri Ukraynaya gedir

Britaniyanın Baş naziri Ukraynaya gedir
Dünya
Oxunma sayı: 1 710
Böyük Britaniyanın Baş naziri Rişi Sunak bu gün Ukraynaya səfər edəcək. 
Bu barədə Britaniya hökuməti məlumat yayıb.
Bildirilib ki, Rişi Sunak Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşmək və bu ölkəyə yeni hərbi dəstək paketini açıqlamaq üçün Ukraynaya səfər edəcək.
Mətbuatın xəbərinə görə, Böyük Britaniya gələn il Ukrayna üçün hərbi maliyyəni 2,5 milyard funt-sterlinqə qədər artıracaq və pilotsuz uçuş aparatlarının təminatı ilə bağlı öhdəliyini dəstəkləyəcək.
Böyük Britaniya və Ukraynanın təhlükəsizlik sahəsində yeni əməkdaşlıq sazişi imzalayacağı da gözlənilir.