Bu ölkə İsraili soyqırım iddiası ilə məhkəməyə verdi

Bu ölkə İsraili soyqırım iddiası ilə məhkəməyə verdi
Dünya
Oxunma sayı: 7 271
Cənubi Afrika Respublikasının İsrailə qarşı qaldırdığı soyqırım işinə Haaqada baxılmağa başlanıb.
 
Xarici medianın məlumatına görə, Cənubi Afrika Respublikası İsrailin Qəzzada bütün hərbi əməliyyatlarını dərhal dayandırmaq üçün müvəqqəti göstəriş tələb edib.
Ali Məhkəmə bu müraciətə prioritet kimi baxacaq.
İşin ilk iclasında Cənubi Afrikanı təmsil edən vəkillərin vəsatətləri dinlənilib. Vəkillər İsrailə qarşı ittihamlarını əsas və sübutlarla birlikdə Məhkəməyə təqdim ediblər.
Məhkəmə zalında əks olunan görüntülərlə dəstəklənən 84 səhifəlik iddianamədə İsrail soyqırımda ittiham olunur.
Cənubi Afrikanı təmsil edən vəkillərdən biri olan Blinne Ni Ghralaigh, Qəzzada baş verənlərin dünyanın bir şey edə biləcəyi ümidi ilə qurbanlar tərəfindən canlı yayımlanan ilk soyqırım olduğunu söyləyib.