Haluk Leventin zəlzələ qurbanları üçün tikdirdiyi EVLƏRİN GÖRÜNTÜSÜ
Dünya
Oxunma sayı: 7 129
Müğənni Haluk Leventin rəhbəri olduğu "AHBAP" xeyriyyə cəmiyyətinin Malatyada zəlzələ qurbanları üçün inşa etdirdiyi evlərin görüntüləri yayılıb. Türkiyə KİV xəbər verir ki, bu barədə Haluk Levent özü məlumat yayıb. O ikimərtəbəli evlərin görüntsünü paylaşaraq inşa işlərinin bitdiyini deyib: "Dövlət bizə torpaq verdi və infrastruktur yardımı etdi. Biz öz evlərimizi inşa etdik. Son olaraq ətrafda səliqə-səhman yaratmaq qaldı". Qeyd edək ki, 6 fevral 2023-cü ildə Türkiyənin cənubunda Qaziantep şəhərinin Şehitkamil bölgəsində Türkiyə vaxtı ilə saat 04:17-də güclü zəlzələ baş verib. 10 rayonda yerləşən bina və həyət evləri dağılıb. Təxminən 380 000 insan sığınacaqlara və ya otellərə yerləşdirilib.