Gürcüstan Polşadan zenit-raket kompleksi alacaq

Gürcüstan Polşadan zenit-raket kompleksi alacaq
Dünya
Oxunma sayı: 7 085
Gürcüstan Polşadan zenit-raket kompleksi alacaq.

Bu barədə Gürcüstan Müdafiə Nazirliyinin məlumatında qeyd olunub. Bildirilib ki, Gürcüstanın müdafiə nazirinin müavini Giorgi Xaindrava Polşanın “MESKO SA” şirkətinin nümayəndələri ilə görüşüb. Söhbət zamanı Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsində NATO standartlarına uyğun müasir silahların tətbiqinin vacibliyinə toxunulub.

Daha sonra Polşa istehsalı olan zenit-raket kompleksinin alınmasına dair saziş imzalanıb.