Fransanın yeni xarici işlər naziri Stefan Sejurne Ukraynanın paytaxtı Kiyevə səfər edib. O, bu barədə X səhifəsində bildirib. Bu, yeni nazirin ilk xarici səfəri olub. “Bura Fransanın Ukraynaya iqtisadi, hərbi və humanitar sahələrdə uzunmüddətli dəstək verməyə davam edəcəyini bildirmək üçün gəlmişəm”, - Sejurne BFMTV telekanalının efirində deyib.