BQXK əməkdaşı güllələnərək öldürüldü

BQXK əməkdaşı güllələnərək öldürüldü
Dünya
Oxunma sayı: 4 810
Efiopiyanın şimalındakı Tiqra bölgəsində Qızıl Xaç Cəmiyyətinin işçisi Voldu Areqavi Berha güllələnib. 
Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) məlumat yayıb.
"Təcili yardım maşınının sürücüsü Qırmızı Xaç loqosu olan avtomobildə olarkən həlak olub", - mesajda deyilir.
Berha xəstəxanaya çatmamış dünyasını dəyişib. O, 2024-cü ildə vəfat edən BQXK-nın yeddinci nümayəndəsidir.