Ukraynaya yardım üçün milyonlarla dollar ayırdılar

Ukraynaya yardım üçün milyonlarla dollar ayırdılar
Dünya
Oxunma sayı: 115 833
Danimarka hökuməti Ukraynanın infrastrukturunun bərpası üçün milyonlarla dollar vəsait ayırıb.
Bu barədə Danimarka Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ölkənin Xarici İşlər Nazirliyi Danimarkanın Ukraynaya yardım üçün 151 milyon kron (22 milyon dollar) ayırdığını bildirib. Qeyd olunur ki, vəsait ölkənin infrastrukturunun bərpasına, eləcə də istilik və enerji təchizatının təmin edilməsinə yönəlib. Bundan əlavə, Danimarkadan alınan pul minaların aşkarlanması və zərərsizləşdirilməsinə sərf olunacaq.