İstanbul - Moskva reysi təcili eniş etdi

İstanbul - Moskva reysi təcili eniş etdi
Gündəm
Oxunma sayı: 22 510
İstanbul - Moskva reysi sərnişinin zorakılığına görə təcili eniş etmək məcburiyyətində qalıb.
Bu barədə “News of Moscow” Telegram kanalı məlumat yayıb.
Məlumatına görə, uçuş zamanı sərnişinlərdən biri  ətrafdakı insanlara nalayiq ifadələr işlətməyə başlayıb. Bundan əlavə, qız onu sakitləşdirməyə çalışan stüardessalara nalayiq jestlər göstərib.
Qızın davranışına görə təyyarə yenidən İstanbula qayıtmağa qərar verilib. Eniş etdikdən sonra sərnişin təyyarədən çıxarılıb.