Rusiyadan Yaponiyaya XƏBƏRDARLIQ

Rusiyadan Yaponiyaya XƏBƏRDARLIQ
Gündəm
Oxunma sayı: 16 062
Yaponiyanın Kuril adalarının mülkiyyəti ilə bağlı istənilən etirazı Rusiya tərəfindən daxili işlərə qarışmaq cəhdi kimi qiymətləndiriləcək. 
TASS xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Bir daha bildiririk ki, Cənubi Kuril adaları İkinci Dünya Müharibəsindən sonra Rusiya Federasiyasının ayrılmaz hissəsidir. Bu tamamilə təkzibedilməz faktı nəzərə alaraq, Tokionun hər hansı etirazı daha sonra bizim işlərimizə qarışmaq cəhdi kimi qiymətləndiriləcək. Bu, BMT Nizamnaməsinin əsas prinsiplərini pozmağa cəhddir”, - Zaxarova bildirib.