BƏƏ-də koronavirusa yeni yoluxma hadisəsi qeydə alındı

BƏƏ-də koronavirusa yeni yoluxma hadisəsi qeydə alındı
Gündəm
Oxunma sayı: 412
Bakı. Trend:
BƏƏ-də 37 yaşlı Çin vətəndaşında yeni növ koronavirusa yoluxma hadisəsi aşkar edildi.
Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi "Twitter" səhifəsində xəbər yayıb.
37 yaşlı Çin vətəndaşında "COVID19" olaraq tanınan koronavirusa yoluxma hadisəsi aşkar edildi. Vəziyyəti sabitdir, xəstəyə Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun olaraq mütəmadi nəzarət edilir", - Nazirliyin "Twitter" səhifəsində yazılıb.
Məlumatda yoluxma hadisəsinin sayca 9-cu olduğu, daha əvvəl 3 nəfərin sağaldığı bildirilir.